yasar mehyeddin

“Qardaşımın səhhəti ilə bağlı indiyədək ciddi şikayəti olmayıb. Hadisə qəfil baş verib, avtobusda insult keçirib, hələ də baş verənlərin təsiri altındayıq”.

Globalinfo.az bildirir ki, bu barədə Teleqraf-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ötən gün 53 saylı avtobusda vəfat edən qardaşı, tanınmış cərrah Məhyəddin Aydəmirov barədə danışarkən deyib.

Onun sözlərinə görə, qardaşının 35 illik cərrahlıq təcrübəsi vardı: “Heç vaxt səhhəti ilə bağlı bir şikayətini eşitməmişdik. Ona görə onun bu cür vəfat etməsi hamımız üçün gözlənilməz oldu” – deyə bildirib.

Uşaq cərrahı Məhyəddin Aydəmirov Xocəsən qəbiristanlığında dəfn edilib.

Paylaş: