Yasamalda binada yanğın – VİDEO / YENİLƏNİB

Bakının Yasamal rayonunda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Globalinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospekti, 32 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları və kabellərində yanğın baş verdiyi müəyyən olunub.

FHN əməkdaşlarının çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanə FHN-in qüvvələri tərəfindən qatı tüstülənmə səbəbindən təhlükəli vəziyyətdə qalan 1 nəfər bina sakini xüsusi vasitələrin köməyi ilə xilas edilib, 3 vətəndaş isə binadan təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın nəticəsində 5 ədəd elektrik sayğacı və kabel 5 p.m. yanıb, mənzillər yanğından mühafizə olunub.

***

Yasamalda ev yanır.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “Elmlər Akademiyası” metrostansiyasının yanında yerləşən dörtmərtəbəli binada baş verib.

Yanğın baş verən evdə azyaşlı qız bağlı qapı arxasında qalıb.

Hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb edilib.