084bd465 9558 3e6d 92d6 92c39011114c 850 1200

Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı vəzifəli şəxs həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

Bildirilir ki, noyabrın 21-də Yasamalda çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində 3 nəfər ölüb, 25 nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə baxış keçirilib, sübutlar toplanıb. İstintaqla müəyyən edilib ki, binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarını pozmaqla ölüm və digər ağır nəticələrə səbəb olub.Noyabrın 23-də tutulmuş B.Paşayev noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində həbs edilib.

İbtidai istintaq davam etdirilir.

Paylaş: