ezgif 611ff7d9b25e7427

Güney azərbaycanlıların sıx yaşadığı Urmiya şəhərinə raket zərbələri endirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fars news” məlumatlar yayıb.

Qeyd olunub ki, hücum nəticəsində şəhərdə yerləşən polis şöbəsinin binası ciddi şəkildə dağıdılıb.

Hadisə yerində partlayış və yanğınların baş verdiyi qeyd olunur.

Hücumun nəticələri və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Şəhərdə təhlükəsizlik qüvvələrinin əraziyə cəlb edildiyi bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: