Yaqub Eyyubovun oğlu haqda daha bir xəbər – Kanadada… FOTO

Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubova məxsus bahalı villanın görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, O.Eyyubovun villası Kanadanın Ontario gölü sahilindəki “Oakville” meşəliyində yerləşir.

Məlumata görə, O.Eyyubov Kanada vətəndaşıdır.

Qeyd edək ki, daha öncə Riqa şəhərindəki banklardan birində məmur oğluna məxsus bir milyard dollar vəsaitin dondurulması xəbəri yayılıb.

Yaqub Eyyubov bu xəbəri hələlik birmənalı təkzib etməyib. Ona zəng edən jurnalistə sadəcə bunları deyib: “Nə pul, nə 1 milyard… Kim deyir bunu?”.

Y.Eyyubov hökumətdə müdafiə nazirliyinin fəaliyyətinə nəzarət edən əsas adamdır. Ötən həftə birinci vitse-premyerin yaxın vaxtlarda istefa verəcəyinə dair mediada xəbərlər yayılmışdı.


Zaira Akifqızı
Globalinfo.az