Yaponiyanın yeni baş naziri bəlli oldu – FOTO

yaponiya 2

Yaponiya Liberal Demokrat Partiyasının rəhbəri Şiqeru İşiba ölkənin baş naziri seçilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

Parlamentin aşağı palatasında keçirilən səsvermənin ikinci turunda o, deputatların yarıdan çoxunun səsini qazanıb.

İşiba 221, onun ikinci turdakı rəqibi Yoşixiko Noda isə 160 səs alıb.

ishiba

Şiqeru İşiba

***11:05

Yaponiyada baş nazir seçkisindən əvvəl hökumət tam tərkibdə istefaya gedib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, baş nazir postuna seçki oktyabrın 27-də keçirilmiş əsas aşağı palata seçkisinin nəticələrinə əsasən, noyabrın 11-də parlamentin xüsusi sessiyasına planlaşdırılıb.

Xatırladaq ki, oktyabrın 1-də Yaponiya ölkənin yeni hökumət tərkibini elan edib. Yaponiyanın Müdafiə Nazirliyinə 2014-2016-cı illərdə bu nazirliyin rəhbəri olmuş Gen Nakatani başçılıq edəcək. Bundan əlavə, Yaponiyanın XİN-ə keçmiş müdafiə naziri Takesi İvaya rəhbərlik edəcək.

Onu da qeyd edək ki, Yaponiya parlamentinin aşağı palatası hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Sigeru İsibanı ölkənin yeni Baş naziri seçib.