1681833016 1675844649 zelzele rast

Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.

Zəlzələ UTC vaxtı ilə saat 17:07-də ​​qeydə alınıb. Yeraltı təkanların episentri təxminən 300 min nəfər əhalisi olan Naha şəhərindən 278 kilometr cənub-şərqdə, ocağı isə 36 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

Paylaş: