YAP MSK-ya 50 min imza təqdim etdi

Yeni Azərbaycan Partiyası Prezident seçkilərində irəli sürdüyü namizəd İlham Əliyevin müdafiəsi üçün topladığı imzaları MSK-ya təqdim edib.

Globalinfo.az xəbər verir ki, 50 min seçici imzasının olduğu imza vərəqələri Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Qeyd edək ki, növbədənkənar prezident seçikləri 2024-cü il fevralın 7-nə təyin edilib.