yanukovicin oglu

Ukraynanın Rusiyada yaşayan sabiq prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviç biznesini Rusiya yurisdiksiyasına keçirib və işğal altındakı Donetskdə qeydiyyata düşüb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

Məlumata görə, yanvarın 17-də Aleksandr Yanukoviçin “MAKO Holding” şirkəti məlumatlarının Rusiyada hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün ərizə verib.

Bildirilib ki, şirkət və onun strukturları Donetskdə Artyom küçəsində qeydiyyatdadır. Bundan əvvəl isə şirkət de-yure Kramatorskda yerləşirdi.

Qeyd edək ki, 2006-cı ildən şirkət mehmanxana daşınmaz əmlakının tikintisi, onun idarə edilməsi, kömür ticarəti və sənaye avadanlıqlarının istehsalı ilə məşğuldur. “MAKO Holding” Aİ və ABŞ sanksiyaları altındadır.

Paylaş: