Yanılırsınız, Qərb Putinlə bağlı qərar verib – Saakaşvili

“Qərb Putin rejimini bitirmək qərarı verib”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Ukrayna cəbhədə mütləq qırılmaya nail olacaq. Qərb Putin rejimini bitirmək qərarı verib. Nəticədə Rusiya süqut etməyə başlayacaq və hər şey ilk növbədə Şimali Qafqazdan başlayacaq. Rusiyadakı qara pullar və ya siyasi hədəflərlə kor olanlar, Putinə yatırım edənlər çox ciddi yanılırlar. Çünki sonda tam məğlubiyyətə düçar olacaqlar”, – o bildirib.

Saakaşvili Rusiyanın çöküşünün Abxaziyanı Gürcüstana qaytarmaq şansı yaradacağını söyləyib. O, yeganə xilasın Avropa Birliyində olduğunu qeyd edib.

İlkin Həsənov
Globalinfo.az