Yanğınsöndürənlərin çağırıldıqları evdə partlayış: ölən var – VİDEO

ABŞ-ın Sterlinq şəhərində (Virciniya ştatı) evlərdən birində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 4:40) Lauden dairəsinin yanğınsöndürmə idarəsinə evdə qaz iyi ilə bağlı zəng daxil olub. Yanğınsöndürənlər hadisə yerinə gedəndən sonra partlayış baş verib.

Nəticədə bir yanğınsöndürən həlak olub, daha 11 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti naməlum olaraq qalır.

Partlayış nəticəsində qonşu evlərə ziyan dəyib.