Yanğınsöndürənlər tapdıqları pulu və qızılı sahibinə verdilər – VİDEO

Binəqədi rayonunun 2-ci mədən küçəsində vətəndaşa məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində pul və içərisində qızıl-zinət əşyaları olan çanta tapıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çantanı tapan yanğınsöndürənlər pulu və zinət əşyalarını sahibinə təhvil veriblər.

Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb.