Yanğında yaralananların vəziyyəti necədir?

TƏBİB “Park Qusar” hotelindəki yanğında xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Globalinfo.az-a bildirilib ki, hadisə yerinə Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir. 1 nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.