68f67c2f2338568f67c2f23386176098411168f67c2f2338268f67c2f23384

20 oktyabr 2025-ci il tarixində Lüksemburqda Avropa İttifaqının təşkilatçılığı ilə “Regionlararası təhlükəsizlik və bağlantılar” mövzusunda xüsusi yüksək səviyyəli toplantı təşkil olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, toplantı çərçivəsində Qara Dəniz regionunda təhlükəsizlik, sabitlik və dayanıqlılıq, həmçinin regionlararası bağlantılar gündəliyi üzrə sessiyalar keçirilib.

İclasın işində Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə komissar Marta Kos, beynəlxalq tərəfdaşlıq üzrə komissar Jozef Sikela, üzv ölkələrin xarici işlər nazirləri, eləcə də Şərq Tərəfdaşlığı, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Toplantıda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Nazir müavini Y. Rəfiyev müzakirə olunmuş məsələlərlə bağlı ölkəmizin mövqeyini diqqətə çatdıraraq, Azərbaycanın da daxil olduğu geniş Qara dəniz regionunun inkişaf potensialını ortaya çıxarmaq üçün bu bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyini, bu istiqamətdə Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin əhəmiyyətini vurğulayıb.

Qara dəniz regionunu Cənubi Qafqaz və Mərkəzi Asiyaya bağlayan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsində Avropa İttifaqı üçün etibarlı tərəfdaş olması amili diqqətə çatdırılaraq, Azərbaycan və Aİ arasında bu istiqamətdə iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsinin mövcud potensialdan daha səmərəli istifadəyə imkan yaradacağı qeyd olunub.

68f67c2f0b8d168f67c2f0b8d2176098411168f67c2f0b8cf68f67c2f0b8d0 68f67c2f179a468f67c2f179a5176098411168f67c2f179a168f67c2f179a3

Paylaş: