kmk

Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları yağışlı hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub.

Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir. Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur.

299c21a8 0e06 42f8 8907 5414323711e3
76482504 4161 4460 a6a3 d4037ed41de4
680254fe 18ca 40b3 96aa 5faf2de4969d

Paylaş: