647a29b900a51647a29b900a5316857276725eeeff28193b2362e43ac4df94d40ac0

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək.

Globalinfo.az ​​​​​​xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

G.Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti bölgələrdə iyunun 21-i gündüzədək , Bakıda və Abşeron yarımadasında isə iyunun 19-u səhərədək davam edəcək.

Paylaş: