Avqustun 12-si saat 16:00-a olan faktiki hava açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şamaxı, Xaltan, Altıağac, İsmayıllı, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Qusar, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Şahdağda şimşək çaxır, arabir yağış yağır.