Yadigar Sadıqlı Müsavat Partiyasından istefa verdi

Müsavat başqanının sabiq müavini, başqanlığa namizəd olmuş Yadigar Sadıqlı partiya üzvlüyündən istefa verib.

Globalinfo.az bildirir ki, Yadigar Sadıqlı bu barədə Feysbukda paylaşım edib.

O, Müsavat Partiyasının siyasi xəttini, Müsavat başqanı Arif Hacılı və İsa Qəmbəri tənqid edib, partiyanın nüfuzunu itirdiyini vurğulayıb.