İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ Prezidenti Donald Trampın Knesset və Şarm əş-Şeyxdəki çıxışlarına sərt cavab verib.
Globalinfo.az xəbər verir ki, Əraqçı “Tramp eyni anda həm sülh, həm də müharibə tərəfdarı ola bilməz” deyib.
O, Amerikanın İranın nüvə proqramı ilə bağlı iddialarını əsassız adlandırıb və ABŞ kəşfiyyatının bu istiqamətdə heç bir sübut təqdim etmədiyini qeyd edib.
Əraqçı sonda bəyan edib ki, Tehran diplomatiyaya açıq olsa da, zorakılıq və təhdidlərə qarşı sərt müqavimət göstərəcək.
Tahir Turan
Globalinfo.az