Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə – FOTOLAR

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə keçirilən EFES-2024 beynəlxalq hərbi təlimlərində atəş fəaliyyətləri icra ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ordunun rəhbər heyəti və qonaq şəxsi heyətlərin iştirakı ilə atəş fəaliyyətləri icra olunub.

Xatırladaq ki, təlimlərdə 9 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyət iştirak edir.

Təlimlər mayın 30-dək davam edəcək.