asb 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində artıq 500-dən çox məntəqədə xüsusi qutular yerləşdirilib.

Globalinfo.az bildirir ki, ekokönüllülər tərəfindən “Araz” supermarketlər şəbəkəsinin İnqilab filialından, “Bravo” supermarketlər şəbəkəsinin Koroğlu hipermarket filialından, Azərbaycan Sənaye Bankının baş ofisindən, EY (Ernst&Young) Azərbaycan şirkətindən, “The Ritz Carlton” oteldən ümumilikdə 100 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Nazirlik ətraf mühitin mühafizəsinə töhfə verərək layihəyə dəstək olan bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edir.

20241126135625 6545740020241126135319 3623510020241126135333 9559500020241126135349 7398950020241126135410 96882300

Paylaş: