Xudatda piyadanı TIR vurdu

Xudat şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, yolu keçmək istəyən piyada, Qusar rayon sakini – 42 yaşlı Hamlet Qocayevi TIR vurub.

Nəticədə xəstəxanaya aparılan yaralı orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.