defn 22

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə dəfn olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında mərhumla vida mərasimi keçirilib.

Vida mərasimində mərhumun ailəsi, yaxınları ilə yanaşı, Baş nazir Əli Əsədov və müavinləri, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edib.

Vida mərasimindən sonra mərhumun cənazəsi Fəxri xiyabana aparılıb və dəfn olunub.

Xoşbəxt Yusifzadə dəfn edilib - YENİLƏNİB-3 - FOTO Xoşbəxt Yusifzadə dəfn edilib - YENİLƏNİB-3 - FOTO

***13:30

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən vida mərasimində mərhumun ailəsi, yaxınları ilə yanaşı, Baş nazir Əli Əsədov və müavinləri, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Xoşbəxt Yusifzadənin Xəzər dənizində, keçmiş Sovet İttifaqında neft-qaz sektoru ilə bağlı layihələrin altında imzasının olduğunu deyib.

“Xoşbəxt müəllimdə istənilən sualın cavabı olurdu. O, Ulu Öndər Heydər Əliyevin prezidentliyi zamanında neft emalında birinci milyardın, Prezident İlham Əliyevin hakimiyyəti zamanında isə ikinci milyardın şahidi olub”, – o əlavə edib.

Akademik Alif Əlizadə Xoşbəxt Yusifzadənin vəfatını Azərbaycan elmi üçün olduqca böyük itki hesab etdiyini qeyd edib: “Xoşbəxt müəllim Xəzər neftinin vurğunu idi. Onun üçün Xəzər neftinin ayrıca biz özəlliyi, dəyəri var idi. Bunun nəticəsidir ki, o, Azərbaycan neftinin dünyaya layiqli formada təqdim edilməsinə nail oldu. Bu gün cənab Prezidentin rəhbərlik etdiyi dövlət siyasəti ilə həmin neft Avropanın ən ucqar nöqtələrinə belə gedib çıxıb”.

Çıxışlar bitdikdən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.

Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB-2 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB-2 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB-2 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB-2 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB-2 - FOTO

***12:48

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən vida mərasimində mərhumun ailəsi və yaxınları ilə yanaşı, bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edir.

AMEA prezidenti akademik İsa Həbibbəyli Xoşbəxt Yusifzadənin Azərbaycan neft sektoruna və ümumilikdə Azərbaycan elminə xidmətlərindən söz açıb.

“O, Azərbaycan üçün əvəzsiz xidmətlər göstərmiş dəyərli alim idi. Bu xidmətləri həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib”, – akademik əlavə edib.

Təhsil naziri Emin Əmrullayev də, öz növbəsində, Xoşbəxt Yusifzadənin Azərbaycan elminə verdiyi töhfələrindən bəhs edib: “Xoşbəxt müəllimin Azərbaycan neft sənayesinə, geologiya elminə verdiyi töhfələr həm indi, həm də gələcək dövr üçün Azərbaycan xalqına vətəndaşlarına xidmət göstərəcək. Bu mənada, Xoşbəxt müəllim Azərbaycan elmi üçün yüksək dəyərə malik şəxsiyyət idi. Allah rəhmət eləsin”.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov isə Xoşbəxt Yusifzadə ilə dostluq münasibətlərindən danışıb: “Demək olar ki, hər gün rastlaşırdıq. O işdən evə piyada getməyi sevirdi. Dənizkənarı Bulvarda görüşür, söhbərləşirdik”.

Xatırladaq ki, Xoşbəxt Yusifzadə dünən gecə vəfat edib.

O, Fəxri xiyabanda dəfn olunacaq.

Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir - YENİLƏNİB-1 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir - YENİLƏNİB-1 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir - YENİLƏNİB-1 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir - YENİLƏNİB-1 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir - YENİLƏNİB-1 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir - YENİLƏNİB-1 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir - YENİLƏNİB-1 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir - YENİLƏNİB-1 - FOTO Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir - YENİLƏNİB-1 - FOTO

***11:37

Ötən gün vəfat edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başlayıb.

Globalinfo.az xəbər verir ki, vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilir.

Mərhum akademik ilə vida mərasimində dövlət qurumlarının rəsmiləri, ailə yaxınları, dostları iştirak edirlər.

***09:55

Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 93 yaşında vəfat edib.

Globalinfo.az bildirir ki, geoloq bu gün saat 12:00-da Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xoşbəxt Bağı oğlu Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub.

O, 1987-ci ildə Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru adına layiq görülüb. 2007-ci ildən professor, AMEA-nın həqiqi üzvü olub.

Son olaraq isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsini icra edib.

Paylaş: