Tramp 1

İran sülh razılaşmasına razı olmazsa, ABŞ Tehrana hücumları davam etdirməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Lakin o bildirib ki, cavab almaq üçün bir neçə gün daha gözləməyə hazırdır.

Bununla belə, Tramp vəziyyətin tez bir zamanda pisləşə biləcəyini söyləyib:

“İranla inkişafını son mərhələsindəyik. Görək nə olacaq. Ya razılaşma əldə edəcəyik, ya da bir az xoşagəlməz şeylər olacaq. Amma ümid edirəm ki, bu baş verməz”.

Tehran da öz növbəsində ABŞ-ı hücumların bərpası ilə bağlı xəbərdar edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında deyilir: “Əgər İrana qarşı təcavüz təkrarlanarsa, bu dəfə müharibə regionun sərhədlərindən kənara çıxacaq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: