İran İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin nəvəsi Əli Xomeyni ABŞ ilə münasibətlərlə bağlı sərt açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, Əli Xomeyni Qum şəhərində Əli Xameneyinin anım mərasimində çıxışı zamanı bildirib ki, danışıqlar aparmaq sülh bağlamaq anlamına gəlmir. O, İranın ABŞ ilə barışmasının mümkün olmadığını iddia edib.
Xomeyni çıxışında bildirib ki, ABŞ ilə sülh məqsədilə danışıqlar aparmaq istəyən hər kəs “xain” hesab edilməlidir. Onun sözlərinə görə, İranın ideoloji kimliyi imperializmə qarşı mübarizə üzərində qurulub və bu mövqedən geri çəkilmək mümkün deyil.
Əli Xomeyni həmçinin müharibənin yalnız silahlı toqquşma ilə məhdudlaşmadığını deyərək, müxtəlif formalarda davam etdiyini vurğulayıb. O, ABŞ-yə dostluq mesajı göndərənlərə qarşı da sərt ifadələr işlədib.
Tahir Turan
Globalinfo.az