Ağdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, rayonun Sırxavənd kəndi ərazisində yerləşən meşəlik ərazidə anidən yanğın başlayıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Bundan başqa əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
***
Xocavəndin iki kəndində yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, yanğınlar Xocavənd rayon Edilli və Ağbulaq kəndi ərazisindəki meşə massivində qeydə alınıb.
Hadisə yerinə FHN-in qurudan Füzuli və Cəbrayıl rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları, havadan Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları və yanğın davam edir.