Xocalıda maşın aşdı, ölən var

Xocalı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Məlumata görə, Laçın rayon sakini, 1987-ci il təvəllüdlü Xəndan Teymurov “HOVO” markalı yük avtomobili ilə Şuşa şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Zaira Akifqızı
Globalinfo.az