Xocalıdan yayılan görüntü narahatlıq yaratdı – VİDEO

aKuVVtTZ4Ic5EBW9H9f0dLme1zndewBA30YCO3gA 1200

“Xocalıda sahibkara icarəyə verilən göl yarasız hala salınıb. Ətrafda olan yaşıllıq ərazi məhv olub, boz sahəyə çevrilib”. 

Globalinfo.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya işğaldan azad edilmiş ərazidə məskunlaşan vətəndaşlar müraciət ediblər.

Onların sözlərinə görə, gölün icarədən əvvəl və sonra çəkilmiş videogörüntülərində həmin fərq aydın hiss olunur.

Problemlə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilib:

“Sözügedən göldən sahibkar balıqçılıq təsərrüfatı məqsədilə istifadə edəcək. Yəni həmin göldə balıq yetişdirəcək. Təsərrüfat üçün yararlı olub-olmadığını araşdırmaq üçün göldən nümunələr götürülüb. Alınan nəticəyə görə göldə zərərli mikroblar, lil var və bu da balıq yetişdirməyə mane olan məsələdir”.

Nümayəndəlikdən, həmçinin bildirilib ki, hazırda gölün suyunun təmizlənməsi prosesi gedir:

“Bu səbəbdən də  gölün suyunun  təmizlənməsinə zərurət yaranıb. Hazırda gölün təmizlənməsi prosesi gedir. Yaxın vaxtlarda bu başa çatacaq”.