Xocalı və Xankəndidə Novruz hazırlıqları… – FOTOLAR

xocali 3

Bu il ilk dəfə olaraq, işğaldan azad edildikdən sonra Xankəndi və Xocalıda Novruza hazırlıq işləri aparılır.

Globalinfo.az xəbər verir ki, hazırlıqla bağlı görüntüləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yayıb.

Bildirilib ki, Xankəndi şəhərinin mərkəzində, Zəfər meydanında Novruza hazırlıq işləri aparılır. Mərkəzi meydanda səməni qurulub, həmçinin Zəfər meydanında iri bayram tonqalı quraşdırılıb və konsert proqramı üçün xüsusi konstruksiyalar quraşdırılır.

Xocalı şəhəri və Ballıca kəndində Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səməni quraşdırılıb.

Xocalı və Xankəndidən Novruz hazırlıqları ilə bağlı görüntüləri təqdim edirik:

2
4
547c4cc8 d188 4540 807f 43fc780977c2
5
1
7
8
9
19ce340c 171a 4e98 841b e3fcb05f5488
22fb57b5 e021 48fa a9ca 5f6026f6241d
6