İlk dəfə! Xocalı soyqırımından sonra çəkilən nadir görüntülər üzə çıxdı – FOTOLAR/VİDEO

Haqqında məlumat verəcəyimiz şəkillər 31 il bundan əvvəl Xocalı faciəsindən cəmi üç gün sonra elə Xocalıda fotolentin yaddaşına köçürülüb. Onda artıq ermənilər öz havadarlarının köməkliyi ilə azərbaycanlılara qarşı əsrin faciəsini törətmişdilər.

Bu nadir fotoşəkilləri AZƏRTAC-a texnika elmləri doktoru, professor, Əməkdar mühəndis, AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Fuad Hacızadə təqdim edib və bununla bağlı geniş məlumat verib.

Globalinfo.az xəbər verir ki, bu fotolar Xocalı soyqırımından 72 saat sonra çəkilib.