Xocalı qatilinin oğlu and içdi

Ermənistanın ikinci prezidenti, Qarabağın işğalında və Xocalı soyqrımının törədilməsində aktiv rol oynamış, silahlı dəstələrə şəxsən başçılıq etmiş Robert Köçəryanın oğlu Levon Köçəryan Ermənistan parlamentində deputat kimi and içib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Levon Köçəryan antiterror əməliyyatları zamanı İrəvanın mərkəzində keçirilən kütləvi aksiyada döyülərək polis tərəfindən saxlanılıb. Daha sonra haqqında həbs qərarı verilib. Ermənistan müxalifəti onun həbsdən çıxarılması üçün L.Köçəryana deputat mandatının verilməsinə nail olub. Daha sonra bir qədər əvvəl ölən deputat Matevos Asatryanın boşalan yerinə onun seçilməsinə qərar verilib və beləliklə L.Köçəryan azadlığa buraxılıb.

Ayşən Mustafa
Globalinfo.az