Xocalı qatilinin Ermənistanda dindirilmə səbəbi bilindi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılan Jirayr Səfilyan ölkədə çevriliş etmək üçün planlandığı deyilən “terror işi” çərçivəsində şahid qismində dindirildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o terror hücumu planlaşdırmaqda ittiham edilərək saxlanılanlardan ikisini tanıdığını bildirib.

Səfilyan onların bu işdə əlinin olduğunu düşünmədiyini deyib. O həmin şəxslərin Nikol Paşinyanın hakimiyyətdən salınması ilə bağlı müzakirə apardıqlarını söyləyib.

***

Ermənistan ordusunun keçmiş hərbçilərindən, Milli-Demokratik Qütb Şurasının üzvü Jirayr Səfilyan ölkənin Milli Təhlükəsizlik Xidmətində dindirilib.

Globalinfo.az xəbər verir ki, Səfilyanın noyabrın 2-də Ermənistanda çevrilişə hazırlaşan bir qrup şəxsin terror planı ilə bağlı video yayımlamasına görə MTX-yə dəvət edildiyi bildirilir.

Qeyd edək ki, J.Səfilyan 1992-ci ildə “Şuşi” xüsusi hərbi batalyonunun komandiri olub və şəhərin işğalında mühüm rol oynayıb, həmçinin Xocalı soyqırımında iştirak edib.

Ayşən Mustafa
Globalinfo.az