Xızıda dəyirmanda 2 nəfər zəhərlənərək öldü

Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb.

Bu barədə Globalinfo.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.