Xırdalanda yaşayış binasında təhlükəli hal aradan qaldırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqənin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a verilən məlumata görə, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.