Xırdalanda gənc qızı şəkilləri ilə şantaj etdilər

Xırdalanda gənc qız şantaj edilib. 

Globalinfo.az-ın Lent.az-a istinadən məlumatına görə, polisə müraciət edən F.F. Tunar adlı oğlanın onu şantaj etdiyini bildirib.

Şikayətçi qeyd edib ki, oğlan onun qeyri-münasib vəziyyətdə çəkilmiş fotosunu əldə etdiyini və bunu sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək 1 000 manat pul tələb etdiyini deyib.

Daxil olan şikayət əsasında Abşeron rayon Polis İdarəsində araşdırılmalara başlanılıb.