Xınalıq UNESCO-nun Dünya İrs Siyahısına salına bilər

Xınalıq kəndi 2023-2024-cü ildə UNESCO-nun Dünya İrs Siyahısına salına bilər.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, hazırda kənddə bərpa-quruculuq işləri görülür:

“Bu il 11 evin bərpası nəzərdə tutulub. Bunun üçün İrandan mütəxəssislər dəvət olunub. İl sonuna qədər 11 evin bərpasını yekunlaşdıracağıq”.

Fuad Nağıyev onu da qeyd edib ki, UNESCO-nun tələbinə əsasən kəndə su və kanalizasiya xətti çəkiləcək.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu 2019-cu uldə UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilib.