XİN Uqandaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məktəbdə törədilən terror aktı ilə əlaqədar Uqandaya başsağlığı verib.

Globalinfo.az bildirir ki, başsağlığı mətni nazirliyin sosial şəbəkə hesabında paylaşılıb.

“Uqandada məktəbdə terror hücumunu şiddətlə qınayırıq. Şagirdlərin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik”, – XİN-dən bildirilib.