XİN Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Azərbaycan jurnalistikasının dəyərli simalarından olan Səbuhi Məmmədlinin vəfatı bizi dərindən kədərləndirdi. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – paylaşımda qeyd olunub.