XİN rəsmisi UNESKO-nu bunu etməyə çağırdı – FOTOLAR

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov UNESCO-nun Fransanın paytaxtı Parisdə keçirilən Baş Konfransının 42-ci sessiyası çərçivəsində qurumun baş direktoru Odri Azule ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycan-UNESCO əlaqələri, xüsusilə, mədəniyyətlərarası dialoq və mədəni irsin qorunması sahəsində əlaqələr müzakirə olunub.

E.Məmmədov qarşı tərəfi Azərbaycanın Qarabağ bölgəsində və indiki Ermənistan ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni irsinin dağıdılması barədə məlumatlandırıb.

O, UNESCO-nu Azərbaycan mədəni irsinin hazırkı vəziyyətini qiymətləndirmək üçün Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb.