64021c1c4ec3b64021c1c4ec3c167785986864021c1c4ec3664021c1c4ec38

3 mart 2023-cü il tarixində, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfər edən Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar ilə görüşüb.

XİN-dən Globalinfo.az-a bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Uqanda arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və digər ikitərəfli münasibətlərin perspektivləri, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın Hərəkata uğurla sədrlik etməsi, habelə Hərəkatın inkişafına töhfə verilməsi istiqamətində göstərdiyi qlobal təşəbbüslər məmnunluqla vurğulanıb. Azərbaycanın QH-ya sədrlik təcrübəsinin Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşülməsinin vacibliyi qeyd olunub. Tərəflər hər iki ölkənin xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsinin mövcud münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı, nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, mövcud mina təhdidləri, həmçinin azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Görüş zamanı, digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

64021c5f3366f64021c5f33670167785993564021c5f3366b64021c5f3366d scaled 64021c602d7da64021c602d7db167785993564021c602d7d764021c602d7d9 scaled

Paylaş: