Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
“İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.
Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.