XİN-dən Milli Dirçəliş Günü münasibətilə paylaşım – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşım XİN-in “X” hesabında yer alıb.

Bildirilib ki, milli şüur tariximizin ən önəmli günlərindən biri olan 17 noyabr milli azadlıq hərəkatının başlanması ilə əlamətdardır:

“17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə həmvətənlərimizi ürəkdən təbrik edir, xalqımıza daim inkişaf və rifah arzu edirik. Yaşasın müstəqil Azərbaycan!”