Xarici İşlər Nazirliyi İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
“Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarixi İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq. Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik”, – məlumatda deyilir.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
[email protected]
+972 50 356 95 82
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi
[email protected]
+961 4 922 066.