XİN-dən Ermənistanın mina terroru ilə bağlı çağırış

“Mina qurbanlarının sayı 333 nəfərə çatıb”.

Globalinfo.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Füzulidəki mina partlayışı ilə “X” hesabında yaydığı paylaşımda qeyd olunub.

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır”, – paylaşımda vurğulanıb.