XİN-dən Laçın yolu ilə bağlı açıqlama

“Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib:

“Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”

Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.