2023-cü ildə təhlükə vardı, qarşısı alındı – Nazir

2023-cü ildə müxtəlif beynəlxalq platformarda anti-Azərbaycan təşəbbüslərin qarşısı alınıb.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, il ərzində Azərbaycana qarşı təhdidlərin neytrallaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilib.

“Ermənistanla Azərbaycan arasında suverenliyin qarşılıqlı tanınması ilə bağlı gündəlikdə daim irəliləyiş olub”, – nazir vurğulayıb.