XİN Almaniyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hamburq şəhərində baş vermiş atışmaya görə Almaniyaya başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında məlumat verilib.

XİN atışmada həyatını itirənlərin ailələrinə başsağlığı verib.

“Yaralananların tezliklə sağalmasını diləyirik”, – qeyd olunub.

Xatırladaq ki, Almaniyanın Hamburq şəhərində Yehova şahidləri dini icmasının yerli mərkəzində atışma nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.