XII Qlobal Bakı Forumu başa çatdı

frm

XII Qlobal Bakı Forumu öz işini başa çatdırıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, forumun üçüncü günündə “Yeni Dünya üçün Yeni Texnologiyalar”, “Gender- Təhlükəsizlik – İqlim Bağlantısı” və “Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr” adlı panellər təşkil olunub.

Panellərdə müzakirə mövzularına uyğun fikir mübadiləsi aparılıb.

Həmçinin yekunda “Gənclər danışsın, biz dinləyək” adlı xüsusi panel də təşkil olunub.

Xüsusi panelin ardınca XII Qlobal Bakı Forumu öz işini başa vurub.

***10:20

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan XII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb.

Globalinfo.az xəbər verir ki, tədbirdə əvvəlki forumlarda olduğu kimi, dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Forumun sonuncu günündə “Yeni Dünya üçün Yeni Texnologiyalar”, “Gender- Təhlükəsizlik – İqlim Bağlantısı”, “Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr” və “Gənclər danışsın, biz dinləyək” adlı panellərin keçirilməsi nəzərdə tutulub.