
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.
Məlumata görə, yerli vaxtla saat 18:51-də Xəzər dənizində 65 km dərinlikdə maqnitudası üç olan zəlzələ qeydə alınıb.