Xəzərdə qorxulu vəziyyət: nə baş verir? – Əsas versiya açıqlandı

Son vaxtlar gündəmdə olan məsələlərdən biri də Xəzər dənizində suitilərin kütləvi ölümüdür.

Globalinfo.az bildirir ki, alimlər mövcud durumla bağlı müxtəlif versiyalar irəli sürsələr də, problemin həlli mümkün olmur.

“Rosprirodnadzor”un rəhbəri Svetlana Radionova suitilərin ölüm səbəbi ilə bağlı əsas versiyanın dənizə təbii qazın buraxılması olduğunu qeyd edir.

“Bəli, elm adamları məhz bu fərziyyəni irəli sürürlər, hələlik bu, əsas versiyadır”, – o bildirib.

Qeyd edək ki, Dağıstanda, Xəzər sahilində 2500-dən çox Xəzər suitisinin cəsədi tapılıb. Rusiya Federasiyası Regional Təbiət Nazirliyi suitilərin oksigen çatışmazlığından ölməsinə “təbii amillərin” səbəb olduğunu açıqlayıb.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev isə bildirib ki, suiti cəsədlərinin patoloji materialının laboratoriya tədqiqatları aparıldıqdan sonra onların ölüm səbəbi müəyyən ediləcək:

“Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində suiti cəsədinin olması faktı qeydə alınmayıb, lakin yaxın günlərdə belə vəziyyət gözlənilə bilər. Yəni suiti cəsədləri Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilə bilər”.

Gülnar Səlimova
Globalinfo.az